“Burada qalmaq üçün əlimdən gələni etdim” – Qrizmann
Fransalı hücumçu Antuan Qrizmann “Atletiko” ilə anlaşmadan məmnun olduğunu bildirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Qrizmann, Madrid klubunun futbolçusu olduğu üçün fəxr etdiyini deyib:
“Mən şadam. İstədiyim bu idi: yenidən “Atletiko”nun bir hissəsi olmaq, bu klubdan, komanda yoldaşlarımdan, stadiondan, azarkeşlərdən həzz almaq. Burada qalmaq üçün əlimdən gələni etdim.
Uzun illər burada qalmaq şansım olduğunu anlayanda rəhbərliklə danışdım. Məni sevən klubda əylənmək istəyirdim. “Atletiko”nun oyunçusu olduğum üçün fəxr edirəm.
Bəzən uğursuzluğa düçar ola bilərəm, amma istədiyimə nail olana qədər əlimdən gələni edəcəm. Azarkeşlərin bunu görməsini istəyirəm”.
Oktyabrın 10-da “Atletiko”nun mətbuat xidməti Qrizmannın transfer hüquqlarının “Barselona”dan alındığını açıqlayıb. 31 yaşlı hücumçunun Madrid klubu ilə yeni müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm o, “hindular”ın heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin