“Burada özümü Türkiyədəki kimi hiss edirəm” – “Neftçi”nin futbolçusu
“Neftçi”nin müdafiəçisi Mert Çelik klubun televiziyasına açıqlama verib.
Komanda.az xəbər verir ki, türk müdafiəçi fasilə dönəmində ailəsi ilə birlikdə yaxşı vaxt keçirdiyini bildirib:
“Baş məşqçimiz bizə proqram vermişdi. Ona uyğun istirahət etdik. Tətil müddətində bacardığım qədər məşq etməyə çalışdım. Eyni zamanda dincəldim, ailəmlə çox gözəl vaxt keçirdim. Ümid edirəm ki, mövsümün ikinci hissəsində yaxşı çıxış edib, liderliyimizi qoruyacağıq”.
Koronavirusdan sağalan 21 yaşlı oyunçu artıq özünə gəldiyini söyləyib: “Xəstəlik məni çətin duruma saldı. Hardasa 10-11 gün əziyyət çəkdim, zəiflədim. Şükürlər olsun, artıq özümə gəlmişəm. Ailəmi görmək də mənə müsbət təsir etdi”.
Gənc futbolçunun sözlərinə görə, özünü Azərbaycanda rahat hiss edir: “Bura çox tez uyğunlaşdım. Biz iki dövlət, bir millətik. Burada özümü Türkiyədəki kimi hiss edirəm”.
Bizi Facebook-da izləyin