“Burada olmaqdan məmnunam” – “Vest Hem”in yeni baş məşqçisi
Qrem Potter “Vest Hem”ə baş məşqçi təyin edildikdən sonra iddiaları barədə danışıb.
Komanda.az xəbər verir ki, ingiltərəli çalışdırıcı mətbuat konfransında burada olmaqdan məmnun olduğunu bildirib:
“Hətta Pep Qvardiola hələ sübut edəcəyi bir şey olduğunu söylədi, ona görə də, düşünürəm ki, həmişə yaxşılaşdırıla bilən nələrsə var. Siz həmişə daha yaxşı olmaq istəyirsiniz və bu, həyatın bütün sahələrinə aiddir. Düşünürəm ki, “Çelsi”dəki təcrübəmə görə karyeramboyu daha yaxşı məşqçiyə çevrilmişəm. Fasilə mənə düşünmək şansı verdi. Burada olmaqdan məmnunam”.
“Vest Hem” yanvarın 10-da İngiltərə kubokunun 3-cü mərhələsində “Aston Villa”nın qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin