“Burada məni kral kimi qarşıladılar” – Mbappe
Kilian Mbappe “Real”dakı səmimi qarşılanmadan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı hücumçu həmişə “Real”da oynamaq arzusunda olduğunu bildirib:
“Mən həmişə “Real”da oynamaq arzusunda idim. Burada məni kral kimi qarşıladılar, baxmayaraq ki, hələ klub üçün heç nə etməmişdim. Bu, sadəcə inanılmaz idi”.
Bu yay PSJ-dən azad agent kimi keçən 25 yaşlı forvard “Real” ın heyətində bütün yarışlarda 21 oyun keçirib, 11 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin