“Bayern”in bir hissəsi olmaq həyatımın ən yaxşı qərarıdır”

“Bayern”in hücumçusu Harri Keyn bir il əvvəl Almaniya klubunun futbolçusu olmaq qərarını dəyərləndirib.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, ingiltərəli forvard bu klubda hər dəqiqədən həzz aldığını bildirib:

“Bayern”in bir hissəsi olmaq həyatımın ən yaxşı qərarıdır. Burada hər dəqiqədən həzz alıram. Biz komanda olaraq qələbə qazanmalıyıq”.

Keyn ötən mövsüm Münhen klubu ilə heç bir kubok qazana bilməyib. “Bayern” ötən il Almaniya çempionatını 3-cü pillədə başa vurub. O, bundan əvvəl uzun müddət “Tottenhem”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button