“Burada başqa komandanın formasında olmaq qəribə idi” – Keyn

“Bayern”in hücumçusu Harri Keyn “Tottenhem”ə qarşı oynamağın necə bir hiss olduğunu izah edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingilis futbolçu bunun ona qəribə hiss etdirdiyini söyləyib:

“Burada başqa komandanın formasında olmaq, qonaqların paltardəyişmə otağında olmaq qəribə idi. Yəqin ki, mən oynamamalıydım, çünki məşqə dünən başlamışdım. Amma ən azı on dəqiqə meydanda olmaq mənim üçün vacib idi”.

Şənbə günü “Tottenhem” yoxlama görüşündə “Bayern”i qəbul edib. Matç Münhen klubunun qələbəsi ilə (3:2) nəticələnib.

Keyn, demək olar ki, 20 il “Tottenhem”in heyətində çıxış edib. O, londonluların əsas komandasında 435 oyuna çıxıb və 280 qolla klubun bombardiri olub. 31 yaşlı futbolçu bundan sonra 2023-cü ildə “Bayern”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button