“Bura Premyer Liqadır, burada hər komanda güclüdür”
“Arsenal”ın hücumçusu Kay Haverts İngiltərə çempionatının 18-ci turunda “İpsviç” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Komanda.az “Amazon Prime”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu evdə üç xal qazanmağın əla olduğunu bildirib:
“Təbii ki, evdə üç xal əladır. Çətin rəqibdir, onu məğlub etmək ağır oldu. Onların yaxşı şansları yox idi, ona görə də, oyuna yaxşı nəzarət edirdik. Hələ bir-iki qol vura bilərdik. Bura Premyer Liqadır, burada hər komanda güclüdür. Qələbə ilə fəxr edirik. Ev oyunları bizim üçün çox vacibdir, biz azarkeşlərin enerjisini hiss edirik”.
25 yaşlı Havertsin çıxış etdiyi “Arsenal” 36 xalla İngiltərə çempionatının 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin