“Tarix yazmaq və əlimizdən gələnin ən yaxşısını etmək üçün futboldayıq”

Klublararası dünya çempionatının qalibi olan “Liverpul”un qapıçısı Alisson Bekker açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı qolkiper, turnirdə qalib gəldikləri üçün xoşbəxt olduğunu bildirib:

“Bu turnirdə iştirak etdiyimiz üçün məmnunuq və kuboku klubumuza gətirdiyimizə görə çox xoşbəxtik. Futbolu, mübarizə aparmağı çox sevirik və oynadığımız hər turnirdən zövq alırıq. Tarix yazmaq və əlimizdən gələnin ən yaxşısını etmək üçün futboldayıq. Bu, çox şey deməkdir.

“Liverpul”a keçərkən, bura hər şeyi qazanacağım düşüncəsi ilə gəlmişdim, çünki klub mənə bütün uğurları qazanmaq fürsətini verirdi. Hazırda güclü komandamız var, çempionluq üçün mübarizə aparırıq. Eyni zamanda, yenidən Çempionlar Liqasının qalibi olmaq üçün çalışacağıq. Davam etməli, çox çalışmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button