“Bura gəldiyim və ya müqaviləni uzatdığım üçün bir saniyə belə peşman olmamışam”
İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,49 yaşlı mütəxəssis, “şəhərlilər”in uğurlarından danışıb:
“Bu komanda son iki mövsüm ərzində heç bir klubun göstərmədiyi qətiyyəti göstərdi. Keçən mövsüm 4 yerli kubok qazandıq. Bundan başqa, mübarizə apardığımız 8 turnirin 7-də qalib olduq. Bu, demək olar ki, imkansız idi. Amma arzu, həvəs hər zaman var. Möhtəşəm futbolçularla birlikdə çalışıram”.
İspan mütəxəssis eyni zamanda komandanın gələcək planları və klubla müqaviləsi haqqında da danışıb:
“Bu haqda heç nə bilmirəm. Daha bir il burdayam, bundan sonra nələrsə dəyişə bilər. Hazırda mövsümün qalan 3 ayına köklənmək istəyirəm. Bura gəldiyim və ya müqaviləni uzatdığım üçün bir saniyə belə peşman olmamışam. Bu, çox vacibdir. Bundan sonra qazanacağımız nəticələr işimizə diqtə edəcək. Hər şey nəticələrə bağlıdır. Hər məşqçi vəzifəsindən qovula bilər. Bu, bizim işimizin reallığıdır”.
2016-cı ildən “Mançester Siti”ni çalışdıran Qvardiolanın mövsümün sonunda komandadan ayrılacağı bildirilir.
Bizi Facebook-da izləyin