
“Bura Barselonadır!”
“Barselona”nın müdafiəçisi Ronald Arauxo komandasının “Real Sosyedad”la oyundakı (4:0) uğurunu şərh edib.
Komanda.az xəbər verir ki, uruqvaylı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında birlikdə daha çox şeyə nail olmağa çalışacaqlarını bildirib:
“Bura Barselonadır! Əla gün, bizi turnir cədvəlində birinci yerə qoyan üç vacib məqam. Birlikdə daha çox şeyə nail olmağa çalışacağıq”.
Bask komandası 17-ci dəqiqədə bir nəfər azlıqda qalıb və “Barsa” bundan yararlanaraq, hər hissədə iki qol vurub.
“Barselona” La Liqada 26 turdan sonra 57 xalla liderdir. “Atletiko” ilə “Real” müvafiq olaraq 56 və 54 xala malikdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin