“Buqələmun” ola bilməyən Mourinyo

Kürşad

Müasir futbol “buqələmun” olmağı tələb edir – dəyişməlisən. Joze Mourinyo çəkisinə görə ağırdan yüngülə doğru komandaları dəyişdikcə, özü dəyişmədi. Məşqçilik karyerasının əvvəllərində “Xüsusi” idi, sonra “avtobus məşqçi” oldu. Oynatdığı futbol sevimsiz idi, belə də davam etdi. Və budur, “Çelsi”nin, “Real”ın, “İnter”in, “Mançester Yunayted”in keçmiş baş məşqçisi “Fənərbaxça” ilə müqavilə bağlamaq üzrədir. Yox, Türkiyə futbolunu, “Fənərbaxça”nı aşağılamaq fikrim yoxdur. Amma lənət şeytana, axı, bu adam nə zamansa Mourinyo idi, “Xüsusi” idi.

Mourinyonun bir “davamçısı” da var – Maurisio Poçettino. Böyük klubların ona verdiyi şansların başına daş salmaqla məşğuldur. Bir gün futbol Poçettinodan da bezəcək – Mourinyoda olduğu kimi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button