“Bunun üçün hər zaman ona minnətdar olacam” – Morata
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İsveç milli komandasını 3:0 hesabı ilə məğlub edən İspaniya yığmasının hücumçusu Alvaro Morata matçdan sonra açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyunda ikinci qolun müəllifi olan 26 yaşlı futbolçu, matçın çətin keçdiyini deyib:
“Oyun göründüyündən daha çətin idi. İsveç millisi çox yaxşı komandadır və yaxşı müdafiə xətti var. Buna baxmayaraq, öz oyunumuzdan razıyam. Yaxşı oyun göstərdik, müdafiə olunduq. Nəticədən razıyıq.
İkinci qol zamanı Serxio Ramosdan penaltini yerinə yetirmək üçün xahiş etdim. Bilirəm ki, o, hər zaman qol vurmaq istəyir. Xahiş etdiyim zaman mənə fürsət verdi. Bunun üçün hər zaman ona minnətdar olacam. Bu, Ramosun mənə kiçik, gözəl hədiyyəsi idi”.
Bizi Facebook-da izləyin