
Ançelotti məhkəməyə çıxdı
“Real”ın baş məşqçisi Karlo Ançelotti vergidən yayınma iddiası ilə məhkəmədə çıxış edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis “Real”ın ona maaşının bir hissəsini imic hüquqlarına görə ödəniş şəklində almağı təklif etdiyini bildirib:
“Mən yalnız üç il ərzində 6 milyon avro “təmiz” alacağımı düşünürdüm, heç vaxt nəyinsə səhv olmasından şübhələnməmişəm və prokurorluğun məni araşdırdığına dair heç bir bildiriş almamışam. “Real” mənə bunu təklif edəndə ingilis məsləhətçimlə əlaqə saxladım və hər şey mənə düzgün göründüyü üçün ətraflı danışmadım. Bunun fırıldaq ola biləcəyini düşünmürdüm”.
İddiaya görə, Ançelotti 2014-2015-ci illərdə yalnız klubdakı maaşından vergi ödəyib, əlavə gəlir mənbələrinin ödənişlərindən isə boyun qaçırıb. Borcun ümumi məbləği 1 milyon 62 min avro təşkil edir.
Prokurorluq 65 yaşlı baş məşqçi üçün 4 il 9 ay həbs tələb edir.
Bizi Facebook-da izləyin



