“Bunu necə bacardığımızın bir əhəmiyyəti yoxdur” – Van Dayk

AÇ-2020-nin seçmə mərhələsinin 9-cu turu çərçivəsində Şimali İrlandiya yığması ilə 0:0 hesablı bərabərliyə razılaşan Hollandiya milli komandasının futbolçusu Vircil van Dayk açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Liverpul”un şərəfini qoruyan müdafiəçi, yığmanın Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması haqqında danışıb:

“Bu oyunla AÇ-2020-nin final mərhələsinə vəsiqə qazandıq, bizim üçün ən vacibi bu idi. Bunu necə bacardığımızın bir əhəmiyyəti yoxdur, önəmli olan budur ki, biz bunu bacardıq. Rəqibin uzun ötürmələrinin qarşısını ala bildik, topu uzun müddət özümüzdə saxlamağı bacardıq. Artıq bu oyun haqqında çox danışmaq istəmirik. Komandamızın özünəməxsus bacarığı var, əhəmiyyətli olan da budur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button