“Bunu etsəm, axmaq biri olaram” – Klopp
İngiltərə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Çelsi” ilə qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis, Premyer Liqanın son turunda “Uotford”la oyunda yaşadıqları məğlubiyyətlə (0:3) bağlı danışıb:
“Uotford”a məğlubiyyətdən sonra özümüzü təzyiq altında hiss etmirik. Sadəcə bir oyunda məğlub olduq. Futbolçularımın xarakterinə şübhə etmirəm. Bunu etsəm, axmaq biri olaram. Onlar mənim etimadıma layiqdirlər. “Uotford”la oyunda yaxşı çıxış etmədik və məğlub olduq. Artıq bu oyun haqqında çox düşünmək istəmirəm.
Kubok oyunlarına da kifayət qədər ciddi yanaşırıq, bu oyunun bizim üçün vacib olmadığını düşünmürük. Son iki ildə kubok turnirlərinin bizim üçün nə qədər ciddi olduğunu sübut etdik. “Çelsi” ilə, daha sonra “Bornmut”la oyunda əlimizdən gələni edəcəyik. “Çelsi” ilə oyun bizim üçün çətin olacaq”.
“Çelsi” – “Liverpul” oyunu bu gün, saat 23:45-də start götürəcək.
Bizi Facebook-da izləyin