“Messi kimi oynasaq, finala çıxmaq üçün bir şansımız olar” – Poçettino

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Ayaks”la keçirəcəkləri cavab matçıyla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, turnirin finalında “Barselona” ilə qarşılaşacaqlarına inanıb-inanmadığına aid sualı cavablandıran argentinalı mütəxəssis, Lionel Messi haqqında danışıb:

“Messi haqqında başqalarının hələ demədiyi nə deyə bilərəm ki? O, futbolun tanrılarından biridir. Toplu və ya topsuz şəkildə mübarizə həvəsi inanılmazdır. Onun kimi oynasaq, finala çıxmaq üçün bir şansımız olar. Bunu edə bilməsək, heç bir şansımız yoxdur. Messinin “Liverpul” qarşısındakı həvəsini və motivasiyasını görəndə, “niyə onun kimi motivasiya ola bilmədik?” deyə, düşünmək təəssüfləndirir”.

Yarımfinal mərhələsinin ilk oyununda “Ayaks”a 0:1 hesabı ilə məğlub olan London təmsilçisi, cavab matçını mayın 8-də, Amsterdamda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button