“Bunu edə bilməməyimiz üçün bir səbəb görmürəm” – Beyl
Uels millisinin üzvü Qaret Beyl AÇ-2020-dəki hədəflərindən danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Beyl, mübarizə apardıqları E qrupunda 1-ci olmaq istədiklərini deyib:
“E qrupunda ilk sırada olmaq istəyirik. Bunu edə bilməməyimiz üçün bir səbəb görmürəm. Bukmekerlər bizi 2-ci yerdə hesab edir, ancaq onlar həmişə haqlı olmurlar. Turnirə qələbə ilə başlamaq istəyirik.
Bilirik ki, artıq Xorvatiya və Slovakiya yığmaları ilk qələbələrini qazanıb. Ancaq bu, bizim üçün nəyisə dəyişmir. Böyük turnirlərdə iştirak etmək həmişə çətin olur. Biz mümkün qədər irəli getmək üçün əlimizdən gələni edəcəyik”.
AÇ-2020-nin seçmə mərhələsində E qrupunda Slovakiya, Macarıstan, Xorvatiya və Azərbaycanla mübarizə aparan Uels millisi, ilk matçına bu gün çıxacaq. Uels millisi saat 18:00-da Slovakiya ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin