“Bunu bir neçə dəfə demişəm, “Barselona”da çalışmaq istəyirəm” – Xavi
“Barselona”nın sabiq futbolçusu, hazırda Qətərin “Əl-Sədd” komandasını çalışdıran Xavi açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis, Kataloniya klubunu çalışdırmaq arzusu barədə danışıb:
“Mən klub adamıyam, sıfırdan bir layihəyə başlamaq üçün geri qayıtmaq istəyərəm. Bunu bir neçə dəfə demişəm, “Barselona”da çalışmaq istəyirəm. Yanvar ayında klub mənimlə əlaqə saxlayanda, onlara şərtlərin və zamanın doğru olmadığını bildirdim. Ən böyük xəyalım “Barselona”da çalışmaqdır. Məşqçilər heyətimiz var və orda çalışmaq ehtimalı bizi həyəcanlandırır”.
“Barselona”nın mövsümün sonunda baş məşqçisi Kike Setyenlə yollarını ayıracağı deyilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin