
Bunu 21-ci əsrdə ilk dəfə bacardılar
“Tuluza” “Rodez”ə qalib gələrək (6:1) Fransa kubokunun yarımfinalına çıxıb.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi 21-ci əsrdə iştirak etdiyi hansısa yarışda ilk dəfə matçın bir hissəsində beş qol vura bilib.
Bundan əlavə, “Tuluza” tarixində 3-cü dəfə Fransa kubokunun yarımfinalına yüksəlib. Komanda əvvəllər 1985 və 2009-cu illərdə də eyni uğura imza atıb. “Tuluza” heç vaxt finala çıxa bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin