Bundesliqanın 2 klubu Mahir Emreli ilə maraqlanır

Almaniya Bundesliqasında çıxış edən iki klub azərbaycanlı futbolçu Mahir Emreli ilə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

27 yaşlı hücumçunun 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”də taleyinin hələlik bəlli olmadığı bildirilib. Onun növbəti mövsüm bu komandada qalmaq şansının az olduğu vurğulanıb.

Emreli özü də Almaniyada qalmaq istəyir.

Mövsümün əvvəlində “Nürnberq”ə keçən Mahir Emreli 2-ci Bundesliqada 7, Almaniya kubokunbda 1 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button