
Bundesliqanı Liqa 1-ə dəyişdi
“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubundan Bril Embolonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Embolo 2019-cu ilin iyun ayından “Borussiya”nın formasını geyinirdi. Forvard Mönhenqladbax təmsilçisində keçirdiyi 3 mövsüm ərzində 106 matça çıxıb, 25 qol vurub. İsveçrə yığmasında oynamağa üstünlük verən Kamerun əsilli futbolçu, bu komandada 56 oyuna 9 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin