Bundesliqadan A Seriyasına
İtaliyanın “Verona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Slovakiya yığmasının və Almaniyanın “Köln” klubunun hücumameyilli yarımmüdafiəçisi Ondrey Dudanı icarəyə götürüb.
28 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə İtaliya klubuna keçib.
Duda 2020-ci ilin sentyabrında “Herta”dan 7 milyon avro qarşılığında “Köln”ə transfer olunmuşdu. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 88 oyunda 11 qol vurub. O, “Koşitse”, “Legiya” (Varşava), “Herta” və “Norviç Siti”nin də formasını geyinib. O, Slovakiya yığmasında 61 oyuna 10 qol vurub.
“Köln” almaniyalı sol cinah müdafiəçisi Noa Katterbaxı da “Hamburq”a icarəyə verib. 21 yaşlı oyunçunun bu mövsümün sonuna kimi icarədə oynayacağı diqqətə çatdırlıb. Katterbax “Köln”ün yetirməsidir. O, ötən il İsveçrənin “Bazel” klubunda da icarədə oynayıb. Müdafiəçi Almaniyanın U-21 yığmasına da dəvət alır.
Bizi Facebook-da izləyin