Bellingem Almaniyanın 2 klubunun hədəfindədir

Almaniya klubları “Sanderlend”in yarımmüdafiəçisi, Çud Bellingemin qardaşı Cob Bellingemi transfer etmək uğrunda mübarizə aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə Dortmund “Borussiya”sı və Frankfurt “Ayntraxt”ı maraqlanır.

“Borussiya” gənc oyunçunun transfer yarışında lider mövqedədir. İngiltərəli yarımmüdafiəçi dortmundluların orta xətti üçün əsas transfer hədəfidir.

“Borussiya” Bellingemin keçidini Klublararası dünya çempionatına qədər rəsmiləşdirmək niyyətindədir. Tərəflər arasında danışıqlar bu həftə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button