Bundesliqada yeni rekord
“Verder” Bundesliqanın 22-ci turunda səfərdə “Herta” ilə qollu bərabərə qalıb – 1:1.
Komanda.az xəbər verir ki, Bremen təmsilçisinin qolunu vuran Klaudio Pizarro bu mövsüm Bundesliqada ilk qolunu vurub. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
40 yaşlı perulu futbolçu ardıcıl 21 mövsümdür ki, Bundesliqada qol vurmağı bacarır.
Pizarro, Bundesliqa tarixində qol vuran ən yaşlı futbolçu ünvanını da qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin