
Bundesliqada yeni baş məşqçi
Növbəti mövsümdən Bundesliqada çıxış edəcək “Köln”ün yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, 2-ci Bundesliqada çempionluq yaşayan klubun “sükan”ı Axim Beyerlorzerə tapşırılıb. Bu barədə “Köln”ün rəsmi saytı məlumat yayıb. 52 yaşlı mütəxəssislə 2021-ci ilin yayına kimi müqavilə imzalanıb.
Beyerlorzerin son iş yeri 2-ci Bundesliqa təmsilçisi “Yan Reqensburq” klubu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin