Bundesliqada mövsümün rəmzi komandası açıqlandı

Almaniya Bundesliqasında cari mövsümün rəmzi komandası açıqlanıb.

Komanda.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, səsvermədə azarkeşlər, klub nümayəndələri və futbol mütəxəssisləri iştirak ediblər.

Mövsümün ən yaxşı “11-liy”ində Dortmund “Borussiya”sından 4, “Bayern”dən isə 3 futbolçu yer alıb.

Qapıçı: Qreqor Kobel (“Borussiya” Dortmund);

Müdafiəçilər: Jeremi Frimponq (“Bayer”), Matteys de Lixt, Alfonso Deyvis (hər ikisi “Bayern”), Niko Şlotterbek (“Borussiya”, Dortmund);

Yarımmüdafiəçilər: Yulian Brandt, Cud Bellingem (hər ikisi “Borussiya”, Dortmund), Camal Musiala (“Bayern”);

Hücumçular: Mussa Diabi (“Bayer”), Niklas Fullkruq (Verder), Randal Kolo Muani (“Ayntraxt”).

Bundesliqada mövsümün başa çatmasına 3 tur qalıb. Turnir cədvəlinə 65 xalla “Bayern” başçılıq edir. Liderdən 1 xal az toplayan Dortmund “Borussiya”sı isə ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button