Bundesliqada mövsümün ən yaxşısı bilindi

Almaniya Bundesliqasında 2022/2023 mövsümünün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, “Ayntraxt”ın forvardı Randal Kolo-Muani bu ada layiq görülüb.

Fransa millisinin hücumçusu səsvermədə (24,2 faiz) hamını qabaqlayıb. 

Çud Bellingem (“Borussiya” Dortmund) ikinci, Fulkruqu (“Verder) isə üçüncü olub. 

Muani başa çatan mövsümdə Almaniya Bundesliqada 32 matçda 15 qol vurub, 14 məhsuldar ötürmə edib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button