Bundesliqada fevral ayının ən yaxşı futbolçusu

“Borussiya”nın (Dortmund) hücumçusu Seru Girassi Almaniya Bundesliqasında fevral ayının ən yaxşı futbolçusu seçilib.

Komanda.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Girassi ötən ay ölkə çempionatında 4 oyuna 5 qol vurub. O, ən yaxşı futbolçu nominasiyasında Camal Musiala (“Bayern”), Paskal Qross (“Borussiya”), Kilian Sililla (“Frayburq”), Aleksis Klod-Mauris (“Auqsburq”) və Tom Bişofu (“Hoffenhaym”) geridə qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button