Mövsümün ən yaxşıları “Borussiya”lılar oldu
Almaniya Bundesliqasında 2018/19 mövsümünün ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, son mövsümdə yerli çempionatda iştirak edən futbolçular arasında keçirilən sorğuda Dortmund “Borussiya”nın oyunçusu Marko Roys mövsümün ən yaxşısı seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Roys geridə qalan mövsümdə 36 oyunda iştirak edib. Almaniya millisinin üzvü bu oyunlarda 21 qol vurub və 13 məhsuldar ötürmə edib.
“Borussiya”nın digər futbolçusu Ceydon Sanço isə 2018/19 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib. 19 yaşlı cinah hücumçusu geridə qalan mövsümdə iştirak etdiyi 43 oyunda 13 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin