Bundesliqada Andre Villaş-Boaş səsləri
Almaniyanın “Volfsburq” klubu mövsümün sonunda baş məşqçisi Bruno Labbadia ilə yollarını ayıracaq.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Labbadiadan boşalacaq baş məşqçi postuna Anre Villaş-Boaşı gətirmək niyyətindədir. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
“Volfsburq” rəhbərliyi baş məşqçi postuna əvvəlcə “Zalsburq”un çalışdırıcısı Marko Rozu gətirmək istəsə də, alman mütəxəssis Münhenqladbax “Borussiya”sıyla razılaşdığı üçün diqqətlər Andre Villaş-Boaşa yönəlib.
Məşqçilik karyerası ərzində “Portu”, “Çelsi”, “İnter”, “Tottenhem”, “Zenit” kimi klublarda çalışan Villaş-Boaş hazırda işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin