Bundesliqada ən çox maaş alanlar
Almaniya çempionatında ən çox maaş alan futbolçuların siyahısı təqdim olunub.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, ilk beşlik “Bayern”in futbolçularından ibarətdir.
Ən yüksək maaşı hücumçu Harri Keyn alır – 2,1 milyon avro. 2-ci və 3-cü yerləri qapıçı Manuel Noyerlə hücumçu Tomas Müller bölüşürlər – 1,66 milyon avro.
4-cü və 5-ci sıraları yarımmüdafiəçilər Kinqsli Koman və Serj Qnabri bölüşür – 1,42 milyon avro.
“Bayer” Bundesliqanın 26 turundan sonra 60 xalla 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin