
Bundesliqa təmsilçisini MLS klubuna dəyişdi
Almaniyanın “Auqsburq” klubu hücumçusu Serxio Kordovanı Kanadan “Vankuver Uaytkeps”inə satıb.
Komanda.az xəbər verir ki, Venesuela milli komandasının üzvü MLS təmsilçisi ilə müddəti daha 1 il artırılmaq şərti ilə 2025-ci ilin 31 dekabrına kimi anlaşıb.
Almaniya klubu isə bu transferdən 2.1 milyon avro qazanıb.
25 yaşlı futbolçu Venesuelanın “Karakas” klubunun yetirməsidir. O, 2017-ci ildən formasını geyindiyi “Auqsburq”da 79 oyunda 7 qol vurub. O, “Arminiya” (Bielefeld) və “Real Solt-Leyk” komandalarında icarədə də olub, Venesuela yığmasında 15 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin