“Bundesliqa may ayında bərpa olunsa…” – Flik

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hansi Flik koronavirus pandemiyası səbəbiylə dayandırılan Bundesliqa ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, mövsümün qalan oyunlarının boş tribunalar qarşısında keçirilməsinin vacib olduğunu bildirib:

“Koronavirus pandemiyası ilə mübarizə üçün görülən tədbirlərə qoşulmalıyıq. Bundesliqa may ayında bərpa olunsa, oyunlar boş stadionlarda keçirilməlidir. Almaniyadakı boş tribunalara öyrəşməyimiz lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button