
Bundesliqa matçı koronavirusa görə təxirə salındı
Almaniya Bundesliqasının 26-cı turunda keçirilməli olan “Auqsburq” – “Maynts” matçı təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə “Maynts”ın rəsmi saytı məlumat yayıb. Oyunun təxirə salınmasına səbəb komandanın heyətində bir çox futbolçunun koronavirusa yoluxmasıdır.
Daha əvvəl “Maynts”ın Bundesliqanın 25-ci turunda Dortmund “Borussiya”sı ilə oyunu da təxirə salınmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin