
“Hoffenhaym”da yeni baş məşqçi – rəsmi
Almaniyanın “Hoffenhaym” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bundan sonra komandanı Sebastian Hönnes çalışdıracaq. “Hoffenhaym” 38 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalayıb. Hönnes bundan əvvəl “Bavariya-2”-ni çalışdırırdı.
O, baş məşqçi postunda Alfred Şroyderi əvəzləyib.
“Hoffenheym” Bundesliqada mövsümü 6-cı pillədə bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin