Bundesliqa klubunun futbolçusu koronavirusa yoluxub
Almaniyanın “Leyptsiq” klubunun yarımmüdafiəçisi Amadu Haydarada koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçunun analizi müsbət nəticə verdiyi üçün dərhal karanrtinə alınıb. Onda xəstəliyin heç bir simptomuna rast gəlinmədiyi diqqətə çatdırılıb.
Haydara bu səbəbdən ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Türkiyənin “Başakşəhər” klubu ilə ev oyununda da iştirak etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin