Bundesliqa klubunun futbolçusu koronavirusa yoluxdu
Almaniyanın “Hoffenhaym” klubunda iki nəfər koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Virusa yoluxanlardan biri futbolçu Yakob Brun Larsen, digəri isə klub işçisidir. Hər iki şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir. Onlar karantinə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin