Bundesliqa klubundan “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisinə dəvət
“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Erik Roketa Almaniya Bundesliqasında çalışacaq.
Komanda.az xəbər verir ki, xarici mətbuata istinadən xəbər verir ki, hazırda Meksika “Qvadalahara”sında köməkçi-məşqçi kimi işləyən 37 yaşlı ispan mütəxəssisə “Bayer” (Leverkuzen) klubu təklif göndərib. Roketa artıq məsələ ilə bağlı Meksika təmsilçisinin rəhbərliyi ilə görüşüb. Klub onun gedişinə razılıq verib.
Erik Roketa 2012/2013 mövsümündə “Xəzər Lənkəran”da baş məşqçi Yunis Hüseynovun köməkçisi olub. Hüseynovun gedişindən sonra 2012-ci il noyabrın 1-də Roketa komandaya müvəqqəti baş məşqçi təyin olunub. Noyabrın 14-də o, postunu Karles Bakesə təhvil verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin