Bundesliqa klubundan Türkiyə millisinin üzvü ilə yeni müqavilə
Almaniyanın “Fortuna” klubu Türkiyə milli komandasının üzvü Kaan Ayhanla müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçu ilə müqavilənin müddəti 2022-ci ilin yayına qədər artırılıb.
Türkiyəli müdafiəçinin Düsseldorf klubu ilə əvvəlki müqaviləsinin müddəti 2021-ci ilə qədər idi. O, bu komandada 2016-cı ildən çıxış edir. Ayhan ötən mövsüm “Fortuna”nın heyətində 31 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Türkiyə millisində 20-dən çox oyun keçirən Kaan, Almaniyada daha öncə “Şalke” və “Ayntraxt” klublarının da uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin