Bundesliqa klubundan PSV-yə 9 milyonluq transfer
“Auqsburq” amerikalı hücumçusu Rikardo Pepini PSV-yə satıb.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Eyndhoven klubu bu transferə görə Bundesliqa təmsilçisinə 9 milyon avro ödəyib.
20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. ABŞ yığmasının hücumçusu 2022-ci ilin əvvəlində 16,36 milyon avro qarşılığında “Dallas”dan “Auqsburq”a keçmişdi. O, Bundesliqa təmsilçisində cəmi 16 oyun keçirib və fərqlənməyib. Pepi ABŞ yığmasında 15 oyuna 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin