Bundesliqa klubundan kapitanla yeni müqavilə

Almaniyanın “Verder” klubu müdafiəçisi Niklas Moysanderlə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçu ilə müqavilənin müddəti 2021-ci ilə qədər artırılıb. Kapitanla əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Moysander “Verder”ə 2016-cı ildə “Sampdoriya”dan gəlib. Finlandiya yığmasının üzvü karyerası ərzində TPS, “Ayaks”, “Zvolle”, “AZ Alkmaar” klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button