Bundesliqa klubundan bir yeni transfer və yeni müqavilə
Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Odilon Kossununu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikanın “Brügge” klubundan transfer olunan 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Fil Dişi Sahilindən olan futbolçu peşəkar karyerasına “Hammarbü”də başlayıb. O, 2019-cu ildən “Brügge”də forma geyinirdi. Gənc müdafiəçi ölkəsinin yığmasında da 4 oyuna çıxıb.
“Bayer” yarımmüdafiəçisi Lukas Alario ilə də yeni müqavilə bağladığını açıqlayıb. 28 yaşlı argentinalı futbolçu ilə 3 illik sözləşmə imzalanıb.
Lukas Alario 2017-ci ildən “Bayer”in uğurları üçün çalışır. O, əvvəllər “River Pleyt” və “Kolon” klublarında da forma geyinib. Alario Argentina yığmasında 9 matça çıxıb.
Almaniya klubu müdafiəçisi Tin Yedvayla da yollarını ayırıb. Xorvatiya yığmasının da üzvü olan 25 yaşlı futbolçu karyerasını Rusiyada davam etdirəcək. O, bu ölkənin “Lokomotiv” (Moskva) klubuna transfer olunub. Müdafiəçi 2014-cü ildən “Bayer”də çıxış edirdi.
Bizi Facebook-da izləyin