Bundesliqa klubundan baş məşqçisi ilə yeni müqavilə
Almaniyanın “Leyptsiq” klubu baş məşqçisi Marko Roze ilə müqavilənin müddətini artırıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə başa çatan sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir.
Marko Roze 2022-ci ilin sentyabrından Bundesliqa klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında 2022/2023 mövsümündə Almaniya kubokunu və Almaniya superubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin