Bundesliqa klubundan baş məşqçi ilə yeni müqavilə
Almaniyanın “Köln” klubu baş məşqçi Şteffen Baumqartla yeni müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Baumqart 2021-ci ilin yayından “Köln”ə rəhbərlik edir. Onun komandası bu mövsüm Bundesliqada 38 xalla 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin