Bundesliqa klubunda yeni müqavilə
Almaniyanın “Bayer” klubu yarımmüdafiəçisi Yulian Baumqartlingerlə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 31 yaşlı avstriyalı futbolçu ilə yeni müqavilənin müddəti 2021-ci ilin yayında başa çatacaq. Əvvəlki müqavilə isə bu mövsümün sonuna qədər idi.
Almaniyanın “1860 Münhen” klubunun yetirməsi olan, Vyana “Austriya”sının da şərəfini qoruyan Baumqartlinger “Bayer”ə 2016-cı ildə “Maynts”dan transfer olunub. O, bu komandada 65 oyun keçirib, 1 qol vurub.
2009-cu ildən Avstriya yığmasına dəvət alan yarımmüdafiəçi millidə də 63 oyuna 1 dəfə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin