Bundesliqa klubunda yeni müqavilə
Almaniyanın “Hoffenhaym” klubu hücumçusu Andrey Kramariçlə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı hücumçu ilə 2025-ci ilin iyununadək yeni sözləşmə imzalanıb.
2016-cı ildən Bundesliqa təmsilçisində çıxış edən 31 yaşlı forvard 101 qolla komanda tarixinin ən yaxşı bombardiridir. Xorvatiya millisinin də üzvü olan Andrey Kramariç “Hoffenhaym”da 211 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin