Bundesliqa klubunda yeni müqavilə
Almaniyanın “Bayer” klubu yarımmüdafiəçisi Florian Virtslə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
17 yaşlı futbolçu ilə müqavilənin müddəti 2023-cü ilin iyununa qədər uzadılıb.
Qeyd edək ki, Virts bu mövsüm Bundesliqada 12 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin