Bundesliqa klubunda yeni müqavilə
Almaniyanın “Leyptsiq” klubu futbolçusu Emil Forsberqlə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İsveçli yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin iyununa kimi artırılıb.
Qeyd edək ki, Forsberq 2015-ci ildən Bundesliqa təmsilçisində oynayır. 29 yaşlı oyunçu indiyə kimi meydana çıxdığı 211 matçda 47 qol vurub, 56 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin