Bundesliqa klubunda yeni futbolçu

Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Zalsburq”dan Hannes Volfu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçiylə 2024-cü ilə qədər müqavilə imzalanıb. Volf mövsümün sonunda “Leyptsiq”ə qoşulacaq.

Volf cari mövsümdə “Zalsburq”un heyətində 23 qarşılaşmada iştirak edərək, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button