Bundesliqa klubunda yeni baş məşqçi
Almaniyanın “Ştutqart” komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisində Bruno Labbadiya istefaya göndərilib.
Onun istefasına komandanın uğursuz çıxışı səbəb olub. Son olaraq səfərdə “Union Berlin”ə 0:3 hesabıyla uduzan ştutqartlılar, son beş matçda cəmi bir heç-heçəyə nail olublar. Komanda 20 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Labbadiya 2022-ci ilin dekabrından rəhbərlik etdiyi “Ştutqart”ı cəmi 12 matça çıxarıb – 2 qələbə, 3 heç-heçə, 7 məğlubuyyət.
“Ştutqart” yeni baş məşqçisini də açıqlayıb. Komandanı bundan sonra Sebastyan Höness çalışdıracaq. Son olaraq “Hoffenhaym”a rəhbərlik etmiş 40 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Bizi Facebook-da izləyin